XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2019 - 20:24

Tramp İsrailin Colan üzərindəki suverenliyini tanıdı- Sənəd imzalandı

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə yəhudi dövlətinin Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb.

“Report” xəbər verir ki, Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib:

“İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb”.

O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

Daha əvvəl Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyinin tanınmasının vaxtı gəldiyini demişdi.