XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2019 - 23:00

Vyanada Qarabağ müzakirəsi –Növbəti Əliyev-Paşinyan görüşünün vaxtı açıqlandı

 

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ nizamlanması üzrə görüşü martın 29-da Vyanada olacaq.

Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu “İnterfaks Azərbaycan” agentliyinə Avstriya paytaxtındakı diplomatik mənbədən bildiriblər.

“Görüş 29 martda Vyanada olacaq və ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək”, – agentliyin həmsöhbəti qeyd edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 14-də bildirmişdi ki, Bakı və Yerevan Azərbaycan Prezidenti İ. Əliyev və Ermənistan baş naziri N. Paşinyan arasında Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşün keçirilməsinin tarixini razılaşdırırlar.

Onun sözlərinə görə, zirvə toplantısı ilə yanaşı, iki ölkənin xarici işlər nazirlərinin görüşü də hazırlanır.