XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

26 Mart 2019 - 11:10

“Əməkdaşlarımıza əlavə istirahət günləri veriləcək…” –BŞİH-dən açıqlama

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov BŞİH əməkdaşları və tabeli qurumlarda çalışanların qeyri-iş günlərində işə çağırılmaları ilə bağlı məlumatlara aydınlıq gətirib.

Xatırladaq ki, BŞİH əməkdaşlarından biri “AzPolitika.info”-ya müraciət edərək, “hamı tətil edir, biz niyə işə çıxmalıyıq”, – deyə şikayət etmişdi.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti tərəfindən məsələyə aydınlıq gətirilərək bildirilib ki, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş 7 qeyri-iş günləri ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışmışlar.

“Bildiyiniz kimi bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunmuş, bu il mərkəz yerlərlə yanaşı bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilmişdir.

Bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetirmişlər və bu təbii bir haldır.

Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunmuş, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınmışdır.

Məlumat üçün bildiririk ki, bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaqdır.

Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayış etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur”.