XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2019 - 15:42

Nazirlik:"Ticarət mərkəzinin rəhbərliyi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyib"

“Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub”.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.

Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hekrata yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli “Diqlas” Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb: “Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb”.