XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

27 Mart 2019 - 11:28

Şəhidimizin nəşi Qazaxa gətirilib –FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün cəbhənin Füzuli rayonu istiqamətində düşmənin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub. 
Strateq.az Ordu.az-a istinadla bildirir ki, şəhid hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndinə gətirilib. Dəfn mərasimi bu gün təşkil ediləcək.

Qeyd edək ki, Ə.Əlləzov 2018-ci ildə hərbi xidmətə yollanıb. İki qardaşdan biri olan Əlləzov, ailənin böyük övladı olub. O, iyul ayında xidmətini başa vuracaqdı.