XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2016 - 12:18

İranda seçkilərin ilkin nəticələri açıqlandı- Kim irəlidədir?

Hesen-Ruhani-3

 

İranda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
 

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, nəticələrə görə, prezident Həsən Ruhaninin tərəfdarı olan islahatçı namizədlər irəlidədilər. Tehranda onlar təxminən 30 deputat yeri qazana bilərlər.

 

İslahatçılardan fərqli olaraq mühafizəkarlar parlamentdəki çoxuluğu itirirlər. Onların Tehrandakı əsas namizədi Qoləm-Əli Xəddad Adel siyahıda 7-ci yerdədir. Şəhərdə liderliyi islahatçı namizəd Məhəmməd-Reza Aref ələ alıb.

 

İran Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkidə səsvermə hüququ olan vətəndaşların 60 faizi iştirak edib. Namizədlərin sayı 4844-dür. Onların 500-ü qadınlardır. Parlamentə 290 məclis üzvü seçilməlidir. İranda parlament seçkiləri hər 4 ildən bir keçirilir. 

 

Ölkədə eyni gündə Üləmalar Məclisinə də seçkilər keçirilib. Prezident Həsən Ruhani və sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani  bu seçkilərdə liderlik edir. Məclisin hazırkı ali dini lider – 76 yaşlı  ayətullah Əli Xamenei öləcəyi təqdirdə onun əvəzinə yeni şəxsi seçmək hüququ var. Ali dini liderin vəzifə müddəti 8 ildir.