XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 15:31

Mariya Zaxarova:"Həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşəcəklər"

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə görüşəcəklər.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında martın 29-da keçiriləcək görüşü şərh edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşü çərçivəsində bütün məsələlər, o cümlədən yəqin ki, sözügedən məsələ də müzakirə olunacaq” – deyən Rusiya rəsmisi görüş zamanı regiondakı vəziyyətin təhlil olunacağını dilə gətirib.  (Report)