XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 12:25

İqtisadiyyat naziri:"Yanğından zərər çəkən bütün sahibkarlara lazımi dəstək göstəriləcək"

“Ticarət Mərkəzində yanğından zərər çəkən bütün sahibkarlara lazımi dəstək göstəriləcək”.

Strateq.az ona.az-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) inzibati binasında “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq yaradılmış işçi qrupla sözügedən ticarət mərkəzində fəaliyyət göstərən və yanğın nəticəsində zərər çəkmiş sahibkarlar arasında keçirilən görüşə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də qatılıb.

Nazir şəxsən zərər çəkmiş vətəndaşları qəbul edib, onların problemlərini dinləyib. Ş. Mustafayev görüş zamanı qeyd edib ki, ticarət mərkəzində yanğından zərər çəkən bütün sahibkarlara lazımı dəstək göstəriləcək.