XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Mart 2019 - 12:42

Kənd təsərrüfatı nazirinin müavini:"Aqroparklar üçün 100 min hektar torpaq sahəsi ayrılıb"

“Azərbaycanda 51 aqroparkın yaradılması nəzərdə tutulub ki, artıq onların 17-si formalaşıb”. 

Strateq.az ona.az-a istinadən xəbər verir ki, görə bunu “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavininin sözlərinə görə, 100 min hektardan artıq torpaq bu sahədə işlərin aparılması üçün ayrılıb.

“Bu istiqamətdə hədəflənən torpaq resursu 200 min hektardan çoxdur ki, sözügedən sayda aqroparkların formalaşdırılması və istər nümunə təsərrüfatı, istər kənd təsərrüfatı sahəsində fəaliyyəti göstərmək istəyən istehsalçılara imkanların yaradılması üçün böyük əhəmiyyət kəsb edir”.