XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

29 Mart 2019 - 12:55

Konstitusiya Məhkəməsi hakimlərinin maaşı artırılıb –Qanuna dəyişiklik

Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan layihə müzakirə edilib.

“Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

Hazırki bənd isə belədir:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub. (Report)