XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2019 - 16:13

İlham Əliyev və Paşinyan arasında təkbətək görüş başa çatıb –Dövlət başçıları 1 saat yarım ərzində müzakirə aparıblar YENİLƏNİB

Vyanada Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında geniş tərkibli görüş başa çatıb.

Strateq.az bildirir ki, hazırda dövlət rəhbərlərinin tet-a-tet görüşü keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan liderlərinin ilk rəsmi görüşüdür.

**

Vyanada Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında tet-a-tet görüş başa çatıb. Görüş bir saat yarım davam edib. Hər iki ölkənin XİN rəhbərləri və Minsk Qrupunun həmsədrləri yenidən görüş otağına daxil olublar.

Qeyd edək ki, bu iki ölkə liderinin ilk rəsmi görüşüdür.