XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 March 2019 - 16:56

Fransa:"ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanıması beynəlxalq hüquq normalarına ziddir"

“Fransa ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq qərarına qarşıdır. Çünki bu, beynəlxalq hüquq normalarına ziddir”.

ONA xəbər verir ki, bu barədə Yelisey sarayının açıqlamasında bildirilir.

“Respublika prezidenti vurğulayıb ki, işğal olunmuş Qolan yüksəklikləri üzərində İsrailin suverenliyinin tanınması beynəlxalq hüquqa ziddir və regionda gərginliyin artmasına səbəb olacaq” – deyə kommünikedə bildirilir.

Qeyd edək ki, martın 25-də ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar çərçivəsində İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyan bəyannamə imzalayıb.