XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

31 Mart 2019 - 15:51

Deputat Vahid Əhmədov:"Xarici qüvvələrin Prezidentə təzyiqlər həddən artıq böyükdür"

“Ölkədə sabitlik olmalı, insanların həyat şəraiti yaxşılaşdırılmalıdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 6 aydır ki, çox ciddi siyasi, iqtisadi, institusional islahatlara, o cümlədən kadr islahatlarına start verib”.

Bunu bu gün Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş konfransda millət vəkili Vahid Əhmədov bildirib.

V. Əhmədov deyib ki, dövlət başçısı fərmanlar, sərəncamlar imzalayıb və bunlar həyata keçirilir: “Bu islahatlar davam edəcək. O cümlədən məhkəmə-hüquq sisteminin, o cümlədən media və digər sistemlərin yenidən qurulması Prezidentin diqqətindədir. Burada da əsas məqsəd əhalinin həyat şəraitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi, rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasıdır. Düzdür, bu islahatları həyata keçirmək o qədər də asan deyil,  xarici qüvvələrin Prezidentə təzyiqlər həddən artıq böyükdür. Biz bunu hiss edirik. Amma çox təəssüf edirəm ki, Azərbaycanda da belə qüvvələr mövcuddur, Prezidentin apardığı islahatların üzərinə kölgə salmaq, hətta mane olmaq istəyirlər. Mən o insanları da başa düşürəm. Çünki uzun müddətdir ki, kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər. Amma mən hesab edirəm ki, Prezident kifayət qədər iradəli bir siyasətçidir və qarşısına qoyduğu məqsədlərə çatacaq. Mən sizi Azərbaycan xalqı ilə birlikdə Prezidentin apardığı islahatlara kömək etməyə, onu müdafiə etməyə çağırıram. Əgər biz Qarabağ məsələsini həll etmək. Erməni bu torpaqlardan qovmaq istəyiriksə, güclü dövlət qurmalıyıq. Əhali arasında təbliğat apararaq dövlət başçısının apardığı islahatlara dəstək verməliyik. Allah şəhidlərimizə rəhmət etsin”. (ona.az)