“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqda” qanun dəyişdi – FƏRMAN
Prezident İlham Əliyev “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Strateq.az xəbər verir ki, Fərmana əsasən aşağıdakı aşağıdakı dəyişikliklər edilib:
1. Adında və 1-ci hissəsində “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə:
2.1. adında “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin;
2.2. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Əsasnamə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir.”;
2.3. 1.2-ci və 1.3-cü bəndlər, 2-ci və 5-ci hissələr ləğv edilsin;
2.4. 3.1-ci, 3.10-cu, 3.18-ci, 3.26-cı və 3.30-cu bəndlərdə “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin;
2.5. aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:
“3.5-1. 15 yaşı tamam olmamış vətəndaşa pasport verilərkən, onun ərizə-anketini təqdim edən valideyninə və ya digər qanuni nümayəndəsinə, 15 yaşından 18 yaşınadək olan vətəndaşın isə özünə, yaxud valideyninə və ya digər qanuni nümayəndəsinə daxili işlər orqanının məsul əməkdaşı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası barədə məlumat verməlidir.”
2.6. Əsasnamənin əlavələrinin yuxarı sağ küncündə “ölkədən getmək, ölkəyə gəlmək və pasportlar” sözləri “Pasportlar” sözü ilə əvəz edilsin”.