XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 20:43

Atəşkəsdən sonra İŞİD fəallaşıb

 

+Irak%E2%80%99ta+kanl%C4%B1+Pazar:+%C3%87ok+say%C4%B1da+%C3%B6l%C3%BC+var

 

Suriyada Rusiya ilə ABŞ arasında bağlanan sazişə əsasən, atəşkəs elanından sonra İŞİD qüvvələrinin hücumları artıb.

Strateq.az xəbər verir ki, dünən atəşkəs saatının dərhal ardından Suriyanın şimalındakı Tel Abyad qəsəbəsinə hücum edən İŞİD böyük çətinliklə də olsa, geri püskürdülüb. Döyüşdə 40-a qədər “xilafətçi”nin, 20-ə qədər kürd separatçısının öldürüldüyü bildirilir.

Bu gün isə qara xəbər İraqdan gəlib. Günorta saatlarında Bağdadın şiələr yaşayan səmtində motosikletlə insan qələbəliyi arasına girən kamikadze özünü partladıb. Partlayış nəticəsində, ən azı, 26 nəfər həlak olub.

 

Bağdadın 20 kilometr uzaqlığındakı Əbu Gureyb qəsəbəsi də İŞİD hücumuna məruz qalıb. Baş verən döyüşdə 18 itki verən İraq ordusu İŞİD silahlılarını geri oturtmağı bacarıb.

 

İŞİD-in xüsusilə indi fəallaşması səbəbsiz deyil. Atəşkəs sazişinin şərtlərinə görə, əldə olunan razılaşmanın tələbləri bu qruplaşmaya şamil olunmayacaq. Görünür, onsuz da Rusiya və ABŞ təyyarələrinin birgə hava hücumlarına məruz qalacağını düşünən “xilafətçilər”  “ən yaxşı müdafiə hücumdur” fəlsəfəsinin bu poliqonda da keçəcəyinə inanırlar.

 

Heydər

Strateq.az