İstanbul Böyükşəhər bələdiyyə sədri seçkilərində nəticələri hesablanmamış 16 seçki qutusu qalıb.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bunu CHP-nin namizədi Əkrəm İmamoğlu deyib. Onun sözlərnə səslərin 99,95 faizi hesablanıb: “Bizə 4 milyon 168 min 546, rəqibimizə isə 4 milyon 142 min 791 səs verilib. Aradakı səs fərqi 25 755-dir. Prezidentin bu prosesi dəstəkləməsini gözləyirəm. Rəqibim nazik bir insandır. Çox yaxın zamanda mənə zəng edəcəyini düşünürəm”.