Türk Silahlı Qüvvələri radara yaxalanmayan, təyyarə və gəmilərdə istifadə olunan “gözəgörünməz” boya texnologiyasını əsgərlər üzərində həyata keçirəcək.
Srtateq.az xəbər verir ki, qardaş ölkənin Müdafiə Sənayesi Nazirliyi bu layihə üçün ilk addımı atıb və əlaqədar firmalardan təkliflər almağa başlayıb.
Üzərində işlənən boya termal kamera və infraqırmızı durbin kimi müşahidə vasitələrinə qarşı görünməz olacaq. Həmçinin, təbiətə uyğun rəng dəyişməsi sayəsində bu boyanı üzərinə vuran əsgər 'buqələmun' kimi, çılpaq gözlə də seçilməyəcək. Boyanın əsgərin dərisinə zərər verəcək maddələr ehtiva etməməsi də tələblər arasındadır. Əsgərin həm paltarlarına, həm də bədəninə sürtülməsi nəzərdə tutulan boya onu partlayıcıların yanıcı təsirlərindən də qorumalıdır.
Məhmətcik üçün çıxarılacaq və ona gözəgörünməz edəcək boyanın xüsusiyyətləri barədə layihə şərtnaməsində deyilir:
-Xüsusi boya “hərbi qulluqçunu gizləmə boyası” adlandırılacaq.
-Boya dəriyə vurulacaq və müşahidə vasitələrinə qarşı görünməzlik təmin edəcək.
-Yerdən və havadan infraqırmızı (yaxın, orta və uzaq) durbinlə müşahidəyə maneə törədərək, həqbi qulluqçunu gizlətmək qabiliyyətini artıracaq. Görünməyi əngəlləmək üçün isə hər cür coğrafiyaya uyğun, müxtəlif ton və rəngdə istehsal olacaq.
-Cildə tətbiqi asan və tez olacaq.
-Lazım gələndə dəridən asanlıqla təmizlənə biləcək. Su, yağış, tər, yüngül sürtünmə və ya başqa təmasla dərini asanca tərk etməyəcək.
-Xərçəng yaradıcı və ya insan sağlamlığına zərər verən kimyəvi elementlər ehtiva etməyəcək.
-Kimyəvi tərkibi allergiya yaratmayacaq və dərini korlamayacaq.