XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2019 - 00:58

Tbilisidə aksiyada polislə toqquşma oldu –6 nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiəsi tələbi ilə keçirilən aksiya başa çatıb.

Strateq.az “Report”a istinadla xəbər verir ki, təşkilatçılar aksiyanı aprelin 2-də davam etdirəcəklərini bildiriblər.

Aksiyanın yeri və vaxtı ilə bağlı məlumat sosial şəbəkədə yerləşdiriləcək. Gürcüstanın Daxili İşlər Nazirliyindən aksiya zamanı 6 nəfərin saxlanıldığı bildirilib.

Xatırladaq ki, Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiə olunması tələbi ilə keçirilən askiyada polislə qarşıdurma baş verib.  Aksiya iştirakçıları prospektdəki avtomobil yolunun ikinci hissəsini də bağlamağa cəhd ediblər.

Tbilisi meri Kaxa Kaladze aksiya iştirakçıları ilə işgüzar şəraitdə görüşməyə hazır olduğunu bildirib. Nümayişçilər isə görüş üçün K.Kaladzedən aksiya keçirilən əraziyə gəlməsini tələb ediblər.

Aksiya iştirakçıları Tbilisi merinin yaşadığı evə qədər yürüş etmək barədə qərar qəbul ediblər.