XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Fevral 2016 - 22:39

“İllik gəlirinin yarısını ərzağa xərcləyən Azərbaycan əhalisi…” –Qubad İbadoğlundan ABŞ-ın araşdırmasına izahat

Qubad

 

ABŞ-ın Vaşinqton Dövlət Universitetinin apardığı tədqiqata görə, Azərbaycan əhalisi illik gəlirlərinin 48,5 faizini yalnız ərzağa xərcləyib.

 

Strateq.az xəbər verir ki, bu tədqiqatla bağlı iqtisadçı alim Qubad İbadoğlu "Feysbuk"dakı səhifəsində məlumat verərək, dünyanın bır sıra ölkələrini əhatə edən tədqiqatın universitetin eyni adlı jurnalında dərc olunduğunu bildirib.

 

Jurnalın məlumatına görə, dünyada ərzağa ən az pul xərcləyən ilk onluğa ABŞ (6,8 faiz), İrlandiya (7,1 faiz), Sinqapur (8,1 faiz), Böyük Britaniya (8,9 faiz), Kanada (9,1 faiz), Almaniya, Hollandiya, və Danimarka ( hər biri ayrı-ayrılıqda 11,4 faiz), İsçevrə (11,6 faiz) və Finlandiya (12,1 faiz) daxildir. Dünya üzrə tədqiqata cəlb olunan ölkələr arasında illik gəlirlərini ərzağa ən çox xərcləyən Azərbaycanlılardır:

"Azərbaycanın başçılıq etdiyi ərzağa ən çox pul xərcləyən 10 ölkə siyahısına Pakistan (45,4 faiz), Kenya (44,9 faiz), İndoneziya (44,1 faiz), Belarus (44 faiz), Əlcəzair (43,8 faiz), Gürcüstan (42,3 faiz), Mərakeş (40,3 faiz), Nigeriya (40,1 faiz) və Vyetnam (38,5 faiz) daxildir. Bizim üçün maraq kəsb edən ölkələr üzrə isə vəziyyət belədir: Ukrayna (42,2 faiz), Qazaxistan (34,5 faiz), Rusiya (29, 4 faiz), Türkiyə (24,5 faiz). Əhalisinin sayı çox olan Çində bu göstərici 33, 9 faiz, Hindistanda isə 25,8 faiz qeydə alınıb. 

 

İzahat üçün qeyd edim ki, illik gəlirlərinin ərzağa daha çox xərclənməsi üç halda daha çox artır: birincisi, gəlirlərin səviyyəsi aşağı, ikincisi ərzaq qiymətləri baha olanda, nəhayət, üçüncüsü də hər iki hal qeydə alınanda. Azərbaycan 3-cü qrupa aid olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 466,4 manat və ya 291,5 dollar təşkil edib. 

 

2016-cı ilin yanvar ayında 2015-ci ilin yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,3 faiz artıb. Nəzərə alsaq ki, bu tədqiqat dövrü Azərbaycanda həyat səviyyəsinin yüksək olduğu illəri əhatə edir, o halda belə bir qənaətə gəlmək olar ki, devalvasiyadan sonra sosial durumun çətinləşməsi nəticəsndə ailə büdcəsində ərzağa yönələn xərclərin artımı Azərbaycanın mövqeyini daha da pisləşdirib. 

 

Hazırda həm gəlirlərin dəyərsizləşməsi, həm də iş yerlərinin kütləvi bağlanması, eləcə də xüsusilə də ərzaq mallarının sürətlə bahalaşması əhalinin ailə büdcəsinin strukturunu əhəmiyyətli dərəcədə dəyişdirdyini söyləyən Qubad İbadoğlunun sözləriunə görə, bir neçə aydır əhalinin böyük əksəriyyəti iri alışları (maşın, mülk, torpaq və s.) ixtisara salır və gündəlik tələbat xərclərini ödəməyə üstünlük verir:

 

"Bu da getcikdə ailə büdcəsində ərzaq xərclərinin xüsusi çəkisini artırır, təhsilin, səhiyyənin, avtomobil və məişət texnikasının payını isə azaldır.  Eyni zamanda, yığıma yönələn vəsaitlər də aşağı düşür. Çünki, bankda yığımı və ya evdə ehtiyatı olanlar onun bir hissəsini cari xərclərə, o sıradan da ərzağa yönəldirlər. Bütün bunların nəticəsi olaraq, ölkədə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin sayı artır.

Müqayisə üçün qeyd edim ki, ABŞ-da gəlirlərinin 35 faizindən çoxunu ərzağa yönəldən əhali avtomatik olaraq yoxsul hesab olunur və belə olanda da onun ərzaq, səhiyyə, təhsil və digər sosial xərclərini dövlət ödəyir".