XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 April 2019 - 14:15

Zakir Həsənov Prezidentə vəd verdi:"Ordumuz hər an hər bir əmrinizi yerinə yetirməyə hazır və qadirdir"

Xəbər verdiyimiz kimi, bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

Strateq.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi hissədə keçirilən görüşdə şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi diqqətə görə İlham Əliyevə minnətdarlıq edib:

“Cənab Ali Baş Komandan.

Azərbaycan Ordusunun bütün şəxsi heyəti adından Sizə dərin minnətdarlığımızı bildiririk. Orduda keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin artırılmasına, nizam-intizamın güclənməsinə və şəxsi heyətin sosial bazasının yüksək səviyyədə təşkil olunmasına yönəlib. Bu gün Azərbaycan Ordusunun bütün uğurları yalnız bu islahatlar nəticəsində mümkün olmuşdur.

Bu gün şəxsi heyət Sizin orduya göstərdiyiniz diqqət və qayğını gündəlik həyatında hiss edir və Sizin etimadınızı doğrultmaq üçün hər an hər bir əmrinizi yerinə yetirməyə hazırdır və qadirdir.

Diqqətinizə görə çox sağ olun”.