XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 09:48

İstanbulun 7 rayonunda səslər təkrar sayılacaq –- Seçki Komissiyası qərar verdi

İstanbulun 7 rayonunda bələdiyyə seçkilərinin nəticələri təkrar sayılacaq.

Strateq.az xəbər verir ki, CHP-nin səslərin təkrar sayılmasına etirazdan sonra Yüksək Seçim Kurulu məsələyə müdaxilə edib və səslərin təkrar sayımına qərar verib.

Qeyd edək ki,  hakim AKP İstanbulun bütün 39 rayonunda bələdiyyə seçkilərinin nəticələrinə etiraz edib. Belə rayonlardan biri də Kadıköy olub. Orada səslər təkrar sayılarkən isə, İmamoğlunun 454 artıq səs aldığı məlum olub.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb.