XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 10:00

Britaniya Baş naziri Avropa İttifaqına müraciət edəcək- “Brexit” müddətinin uzadılması üçün

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin Avropa İttifaqından ayrılması (Brexit) üçün nəzərdə tutulan müddətin uzadılması ilə bağlı bu quruma müraciət edəcəyini açıqlayıb.

Yeddi saatlıq iclasdan sonra Baş nazir bu müddətin mümkün qədər qısa olmasını istədiyini söyləyib. O, Avropa Parlamentinə mayın 23-26-da keçiriləcək seçkilərdə iştirak etmək istəmədiklərini vurğulayıb.

Baş nazir, həmçinin müxalif Leyboristlər partiyasının lideri Ceremi Korbinə ölkənin Avropa İtttifaqı ilə gələcək münasibətləri barədə müzakirə aparmaq üçün görüşməyi təklif edib(azərtac).