XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 11:10

Çeçenistan Azərbaycanda nümayəndəlik açacaq –Ramzan Kadirovdan açıqlama

Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq. 

Bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.

“Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub”, – Çeçenistan başçısı bildirib.  (Report)