XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 12:14

Kasım-Jomart Tokayev:"Türküstan bütün türklər üçün müqəddəs yerdir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Egemen Qazaqstan” qəzetinə ilk müsahibəsində Türküstanın təkcə qazaxlar üçün deyil, bütün türklər üçün müqəddəs yer olduğunu bildirib. Onun sözlərinə görə, bu qədim şəhər – bəşəriyyətin çoxəsrlik tarixinin şahididir.

“Qazax xalqının tarixində bütün görkəmli şəxsiyyətlər çətin vəziyyətlərdə siyasi qərarlar qəbul etmək üçün Türküstana gedirdilər. Qazaxıstanın ilk Prezidenti – Elbası Nursultan Nazarbayev tez-tez Türküstanı ziyarət edirdi”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Türküstan Qazaxıstanın ən qədim şəhərlərindən biridir. Şəhər XV-XIX əsrlərdə Qazax xanlığının paytaxtı olub. Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin Fərmanı ilə 2018-ci ildə Cənubi Qazaxıstan vilayətinin adı dəyişdirilərək Türküstan adlandırılıb.