XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2019 - 15:40

Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında səs fərqi qapanıb? –İstanbulda seçki gərginliyi

Xəbər verdiyimiz kimi, İstanbulun 8 rayonunda bələdiyyə seçkilərinin nəticələri təkrar sayılır.

Strateq.az Haberlər.com-a istinadla xəbər verir ki, AKP-nin etirazı ilə başlayan təkrar səssaymadan sonra Binəli Yıldırımla Əkrəm İmamoğlu arasında səs fərqi qapanıb.

CHP-nin İstanbul şəhəri üzrə deputatı Ali Şeker isə belə bir açıqlama yayıb: “Son YSK bilgisinə görə, İmamoğlu 20.689 səs öndədir”.

Hazırda isə səs sayımının davam etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəlki xəbərdə səslər arasındakı fərqin 21 min 502-yə düşdüyü açıqlanmışdı.

YSK-nın ilkin açıqladığı rəsmi nəticələrdə isə fərqin 27 min 889 olduğu vurğulanmışdı.

Onu da qeyd edək ki, YSK təkrar səssaymadan sonra hələ də rəsmi nəticəni açıqlamayıb.