XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 09:37

Ukraynada prezident seçkiləri:Zelenski və Poroşenko ikinci tura çıxıb

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin prezident seçkilərinin nəticələrinə dair protokolların hamısını hesablayıb.

MSK-nın nəticələrinə əsasən, aktyor və şoumen Vladimir Zelenski liderliyini qorumaqda davam edir. O, seçkilərdə 30,24% səs toplayıb.

Rəsmi nəticələrə görə, ölkənin hazırkı prezidenti Pyotr Poroşenko 15,95% seçici səsi yığıb.

Digər namizəd – “Batkivşina” Partiyanın lideri Yuliya Timoşenko isə seçkilərdə 13,40% səslə 3-cü olub. Namizəd Yuri Boykoya seçicilərin 11,67%-i səs verib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək/Report.