XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2019 - 10:33

Novruz Məmmədov yeni komissiya yaratdı –Hökumətdən qərar

Nazirlər Kabineti görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Strateq.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, komissiya aşağıdakı tərkibdən ibarətdir:

Komissiyanın sədri:

Baş nazirin müavini;

Komissiyanın katibi:

Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri;

Komissiyanın üzvləri:

müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini,

mədəniyyət nazirinin müavini,

gənclər və idman nazirinin müavini,

təhsil nazirinin müavini,

səhiyyə nazirinin müavini,

maliyyə nazirinin müavini,

əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini,

Əmlak Məsələləri, Dövlət Komitəsi sədrinin müavini,

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini,

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini,

Dövlət Turizm Agentliyi sədrinin müavini,

Milli Arxiv İdarəsi rəisinin müavini,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı,

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.