XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2019 - 12:57

Nazir “Aprel döyüşlər”indən danışdı:"4-cü gün ermənilər bütün gücünü toplayaraq hücüma keçmək istədi, ancaq..."

Azərbaycan Ordusunun kiçik bir hissəsi 2016-cı ilin aprelində 3 gündə Ermənistan ordusunu darmadağın etdi”. 

Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

“Dördüncü gün ermənilər bütün gücünü bir istiqamətdə toplayaraq hücüma keçmək istədilər. Orada da bir nəticə əldə edə bilmədilər. Əksinə, məğlubiyyətə uğradılar. Onlarda heç bir güc yox idi. Bu da təbii idi. Çünki istər demoqrafik, istər iqtisadi, istərsə də hərbi baxımdan Azərbaycanla ayaqlaşa bilmirlər”, – müdafiə naziri vurğulayıb.

Z.Həsənov bildirib ki, Azərbaycan aprel döyüşlərində cəmi bir tank itirib, o da minaya düşüb: “Biz onu bərpa etmişik. Ermənilər isə 33 tank itiriblər. Azərbaycan 1 top itirib. Onların 15 topunu məhv etmişik. Aprel döyüşlərində düşmənin 300-dən çox şəxsi heyəti məhv edilib, 1000-ə yaxın yaralıları oldu. Bizdə olan məlumata görə, onlardan 500-dən çoxu ağır yaralanıb. Bütövlükdə, aprel döyüşləri Ermənistan üçün dağıdıcı oldu. Onlar illərlə öz millətini aldadırdılar və bütün siyasətləri Qarabağ yalanları üzərində qurulmuşdu. Ermənistanın bütün resursları Qarabağa gedirdi. Öz millətini aldadırdılar ki, güya Qarabağda böyük işlər görüblər, xətt yaradıblar. Bəzən eşidirəm ki, Azərbaycan Ordusu düşmənin xəttini 1-2 saata yarıb. Mən bəyan edirəm ki, həmin xətt 18 dəqiqəyə yarılıb. 18 dəqiqədən sonra ermənilər gördülər ki, vəziyyət ağırdı və qaçmağa başladılar. Nəticədə Azərbaycan Ordusu irəlilədi”.  

Report