“Azərbaycanla Rusiya arasında həmişə strateji tərəfdaşlıq münasibətləri olub”.
Bunu iki ölkə arasındakı münasibətlərin inkişafı barədə fikir bildirən xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Rusiya bizim böyük qonşumuzdur. İqtisadi nöqteyi-nəzərdən baxanda, bu ölkə nəhəng bazardır. Qarşılıqlı anlaşmaya gəlincə, dil problemimiz yoxdur. Rus dili bizdə millətlərarası ünsiyyət dilidir. Məncə, Rusiya ilə normal, qarşılıqlı faydalı münasibətlərin qurulması Azərbaycan üçün öncül məsələdir”, – nazir vurğulayıb. (Report)