XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

06 Aprel 2019 - 14:31

Kartof, soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edildi- Nazirlər Kabineti qərar verdi

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərarla 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları, mayın 31-dək isə ölkədən 1 kq şalot soğan, ağbaş, qırmızıbaş kələm və digərlərinin ixracına 2 ABŞ dolları gömruk rusumu tətbiq edilir.