XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 00:07

AKP-dən Binəli Yıldırımla bağlı daha bir həmlə:"İstanbulun 39 rayonunda bülletenlərin hamısı yenidən sayılsın"

Prezident Ərdoğanın lideri olduğu AKP martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin İstanbulun 39 rayonunda təkrar sayılmasını istəyir.

Strateq.az xəbər verir ki, partiya bununla bağlı YSK-ya (Yüksək Seçim Kurulu) bu gün rəsmi müraciət edib.

Xatırladaq ki, bundan əvvəl AKP İstanbulun 19 rayonunda etibarsız hesab olunan bülletenlərin təkrar sayılmasını tələb edib. YSK bu tələbi təmin edib. Və aprelin 1-dən  başlayaraq, İstanbulun 19 rayonunda etibarsız bülletenlərin 78 faizi təkrar sayılıb. Nəticədə Əkrəm İmamoğlu ilə AKP-li Binəli Yıldırım arasındakı səs fərqi 29 mindən 16 min civarına enib.

AKP elə bu faktdan yararlanaraq 39 rayonda səslərin bütövlükdə yenidən sayılacağı halda, Binəli Yıldırımın qalib gələcəyinə ümid edir.

Məlumata görə, AKP-nin YSK-ya bugünkü müraciəti hələ müzakirəyə çıxarılmayıb.

Türkiyə mətbuatında yayılan məlumata görə, YSK-nın AKP-nin bu müraciətini müsbət cavablandıracağı inandırıcı görünmür.