XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 20:41

İran da ABŞ ordusunu terrorçu kimi tanıya bilər- Cavad Zərif prezident Həsən Ruhaniyə müraciət etdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Həsən Ruhaniyə məktub yazaraq ABŞ hərbi qüvvələrinin adının Qərbi Asiya bölgəsində terrorçular siyahısına əlavə edilməsini istəyib.

ONA-nın Tehran bürosunun İran XİN-ə istinadən verdiyi məlumata görə, M.C.Zərif məktubunda belə bir təklifi “ABŞ qüvvələrinin Qərbi Asiya bölgəsində terror qruplaşmalarını aşkar və gizlin dəstəkləməsi, eləcə də bu ölkə qüvvələrinin terror hərəkətlərində birbaşa iştirakı” əsasında irəli sürüb.

“Bunları nəzərə alaraq, cənab nazir M.C.Zərif prezidentə və ali təhlükəsizlik şurasının sədrinə məktub yazıb və İran parlamentinin “ABŞ-ın bölgədə terror hərəkətlərini və insan hüquqlarını pozmasına qarşı addımlar haqqında” Qanunu rəhbər tutaraq bu ölkə ordusunun adını Qərbi Asiya bölgəsində terrorçular siyahısına salınmasını istəyib”, – deyə məktubda bildirilib.

Qeyd edək ki, Ağ Ev bu gün rəsmən İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) adını terrorçu qruplaşmalar siyahısına daxil edib.