XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

08 Aprel 2019 - 21:01

İran hökuməti qərarını verdi- ABŞ ordusunu terrorçu təşkilat kimi tanıdı

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrini özünün terrorçu təşkilatları siyahısına daxil edib.

“Report” xəbər verir ki, bu barədə “PressTV”nin “Twitter”dəki səhifəsində qeyd olunub.

Bundan əvvəl xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salmaq çağırışı olan məktubu Prezident Həsən Ruhaniyə göndərmişdi.

Bundan bir qədər əvvəl isə ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) xarici terrorçu təşkilat qismində tanıdıqlarını açıqlamışdı.