XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 09:56

Pompeo İranı hədələdi:"ABŞ-ı hədələməkdən əvvəl  iki dəfə düşünün"

Xəbər verdiyimiz kimi, dünən ABŞ İranın İnqilab Keşikçiləri Ordusunu, İran isə bütövlükdə ABŞ ordusunu rəsmən terrorçu elan edib.

Strateq.az xarici mətbuata istinadla xəbər verir ki,  məsələ ilə bağlı ABŞ dövlət katibi Maykl Pompeo  yeni açıqlamalar verib.

O, İranın Yaxın Şərq ölkələrində, o cümlədən Suriyadakı ABŞ hərbçilərinə hücum ehtimalına toxunub. Bildirib kİ, belə hal olarsa, İrana çox sərt cavab veriləcək: “ İran tez-tez bizə belə eyhamlar vurur. Lakin onların nəzərinə açıq şəkildə çatdırıram: ABŞ-a hücum etmək, yaxud ABŞ-ı hədələməkdən əvvəl  iki dəfə düşünün”.