XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 11:44

10 milyonunçi sakinin atasından açıqlama:"Bu gün mənzilin sənədlərini verdilər..."

Prezident Ilham Əliyev Azərbaycanın 10 milyonuncu sakininin ailəsinə mənzil bağışlayıb.

Strateq.az unikal.org-a istinadən xəbər verir ki, bu gün keçirilən görüşdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mənzilin sənədlərini körpənin atasına təqdim edib.

Xəbəri körpənin atası Rauf Həsənov təsdiqləyib: “Mənzilin sənədlərini bu gün cənab prezident İlham Əliyev və xanımı bizə təqdim etdi. Bu diqqətə görə, cənab prezidentə və xanımına təşəkkür edirəm”.