XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

09 Aprel 2019 - 15:30

Yaqland niderlandlı deputatın Azərbaycanla bağlı sualına belə reaksiya verdi:"Yersiz olduğundan cavab vermirəm"

Avropa Şurasının baş katibi Törbyorn Yaqland Azərbaycanla bağlı təxribat xarakterli sualı cavablandırmaqdan imtina edib. 

Strateq.az “Report”a istinadla xəbər verir ki, Niderlandın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Pieter Omtzigt Avropa Şurasının baş katibinə Azərbaycanla bağlı təxribat xarakterli sual verib.

T.Yaqland isə bildirib ki, niderlandlı avroparlamentari belə bir sualla ona üçüncü dəfədir müraicət edir: “Mən bu sualı iki dəfə cavablandırmışam. Artıq sual yersiz olduğundan onu cavablandırmayacağam”.