Bu gün Prezident İlham Əliyev bir neçə qanunu təsdiq edib.
Strateq.az xəbər verir ki, təsdiqlənən yeni qanunlar “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış müqavilə, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Birgə Bəyannamə, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” 2015-ci il noyabrın 28-də Minsk şəhərində imzalanmış Müqavilə və onun Proqramı, Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin 2015-ci il noyabrın 5-də Tbilisi şəhərində imzalanmış Birgə Bəyannamə olub.