XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

10 Aprel 2019 - 14:50

Baş nazirin müavini:"Yanğın baş verən binanın cəmi bir çıxışı var"

“Məcburi köçkünlərin məskunlaşdığı Bakının Nizami rayonu, Babək prospektindəki binada baş verən yanğın hadisəsi araşdırılır. Etiraf edim ki, burada insanlar ağır şəraitdə yaşayır”.

Bunu jurnalistlərə açıqlamasında hadisə yerinə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov  deyib.

O qeyd edib ki, məcburi köçkünlər dövlətin tikdiyi evlərə növbə ilə köçürülür: “İnşa edilən binalara ilk növbədə ağır şəraitdə yaşayan məcburi köçkünlər köçürüləcək. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ciddi şəkildə işlər aparır. Daha çox ehtiyacı olan kateqoriyalı köçkünlər inşa edilən evlərlə təmin ediləcək. Hədəfimiz isə ondan ibarətdir ki, bütün məcburi köçkünlər evlərlə təmin olunsun. Bu binada təhlükəsizlik problemləri mövcuddur. Binanın cəmi bir çıxışı var. Biz mümkün olan bütün tədbirləri həyata keçirəcəyik. Bu binadakı sakinlər müvəqqəti olaraq yerləşdiriləcəklər”. (Report)