XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2019 - 12:00

Aparat rəhbəri:"Sahibkarlıq sahəsilə bağlı yeni məhkəmə yaradılacaq"

“Azərbaycanda sahibkarlıq sahəsilə əlaqəli yeni məhkəmə yaradılacaq”.

Bunu Məhkəmə-Hüquq Şurası aparatının rəhbəri Cavid Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan ən islahatçı 10 ölkədən biridir: “Bu səbəbdən də sahibkarlığın inkişafı ilə bağlı yeni məhkəmə yaradılacaq. İxtisaslaşmış məhkəmədə peşəkar hakimlər çalışacaq. Yeni məhkəmənin qısa müddətdə fəaliyyətə başlaması üçün işlər görülür. Bu məhkəmənin fəaliyyəti sahibkarlığın inkişafına öz töhfəsini verəcək”.  (Report)