XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Aprel 2019 - 22:06

Ərdoğanın sözçüsü:"İtaliya parlamentin yeni ədavət toxumları səpir"

İtaliya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı tarixi həqiqətləri inkar edir və yeni ədavət toxumları səpir.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

O bildirib: “Türkiyə Prezidentinin tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə çağırışına əhəmiyyət verməyən və siyasi populizmi alovlandıran belə yanaşmanı qətiyyətlə pisləyirik”.

Qeyd edək ki, İtaliya parlamenti ölkə hökumətinə qondarma “erməni soyqırımı”nın tanınmasını tövsiyə edən qətnamə qəbul edib/Trend.