XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

12 Aprel 2019 - 12:48

BŞİH-in sabiq Aparat rəhbərinə YAP-da vəzifə verildi –3 ay işsizlikdən sonra...

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə vəzifəsindən azad olunan meriyanın aparat rəhbəri  Rasim Quliyevə YAP-da vəzifə verilib.

Strateq.az xəbər verir ki, bu barədə Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açqlama yayıb.

O, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın sədr müavini-İcra katibi Əli Əhmədova qardaşını katiblikdə işə dəvət etdiyinə görə minnətdarlıq edib.

Daha sonra qeyd edib ki, Rasim Quliyev 1988-93 -cü illərdə siyasi mövqeyinə görə, dəfələrlə siyasi məhbus həyatı yaşayıb: “Müxtəlif dövrlərdə jurnalistika və siyasətlə məşğul olub və 2001- ci ildən 2018-ci ilin dekabrına qədər Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb. 

Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı…”.