XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 16:43

Prezident tikinti ilə bağlı sərəncam verdi –Dəyişiklik

Ilham Eliyev

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb

 

Strateq.az xəbər verir ki,  sərəncama əsasən, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsində “3 il” sözü “4 il” sözü ilə əvəz olunub. 

Həmin müddəaya əsasən, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa Məcəllənin qüvvəyə mindiyi gündən 4 il sonra qüvvəyə minir.