XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Aprel 2019 - 12:12

İran Ermənistana irad bildirib- Araz çayını çirkləndirdiyinə görə

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.

Azərtac xəbər verir ki, görüşdə İran parlamentinin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.

Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.