XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 17:34

Baş həkimin haqqında cinayət işi açıldı –Baş Prokurorluq

bash-prokurorluq

 

Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkiminin qanunsuz hərəkətləri barədə daxil olmuş şikayət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı dispanserin baş həkimi Yaşar Əliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə, disponser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına əsaslı şübhələr ortaya çıxıb:

"Buna görə də baş həkimin barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb".

Məlumatda qeyd olunur ki, hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.