XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 18:10

Gömrükçülərin maaşları artacaq –Prezident Fərman verdi

Ilham Eliyev

Bu gün prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. 

Bu fərmanla  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli Fərmanına dəyişiklik edilib.

Sözügedən Fərmanın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 2, maddə 92) 1-ci hissəsində “25” rəqəmləri “50” rəqəmləri ilə əvəz edilib.

Eyni zamanda Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Strateq.az xatırladır ki,  əvvəllər gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunurdu.

İndi isə  gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50  faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə ediləcək.

 

Strateq.az