XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2019 - 17:15

Prezident İlham Əliyev Masallı ilə bağlı sərəncam verdi –Yol tikintisi üçün 6.8 milyon ayrıldı

Prezident İlham Əliyev  bu gün sərəncam imzalayıb.

Starteq.az xəbər verir ki, “Masallı rayonunun Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsaəsn, otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.