XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

16 Aprel 2019 - 18:22

“Sabah”dan maraqlı iddia:"Türkiyə S-400-ləri Azərbaycan ərazisinə yerləşdirə bilər"

“Rusiyanın Türkiyəyə verəcəyi S-400-lər müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla bilər”.

Bu iddia ilə “Sabah” qəzetinin yazarı Okan Müdərrisoğlu çıxış edib.

“S-400-lərin təslim edilməsindən sonra onların Azərbaycan və Qətərdə saxlanılması məsələsi masadadır.

“S-400-lər F-35-lərə risk yaratmayacaq şəkildə yerləşdirilir. S-400-lər alınar, başqa bir yerdə durar” yanaşmasından o tərəfə keçəcək həlli Ankaradan gözləmək həddən artıq optimistlik olar”, – deyə o, bildirib.

“A Haber” televiziyası da məsələ ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, bundan öncə 100 Türkiyə hərbçisinə Azərbaycanda S-300 sistemlərinin öyrədiləcəyi haqqında məlumat yayılmışdı/Axar.az.