XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

16 Aprel 2019 - 18:40

AKP YSK-ya rəsmən müraciət etdi:"İstanbulda seçki yenidən keçirilsin"

Prezident Ərdoğanın sədri olduğu AKP İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi məqsədi ilə Yüksək Seçki Quruluna (YSK) rəsmi müraciət edib.

Strateq.az xəbər verir ki, bu barədə AKP sədrinin müşaviri Əli İhsan Yavuz  açıqlama verib.

Bildirib ki,  seçkinin ləğvi və yeni seçki keçirilməsi tələbi ilə müvafiq sənədlər artıq YSK-ya təqdim olunub.

Xatırladaq ki, İstanbulda keçirilən seçkidə CHP-nin namizədi Əkrəm  İmamoğlu rəqibi Binəli Yıldırıma təxminən 12 min səs fərqi ilə qalib gəlib.