XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

29 Fevral 2016 - 21:18

Mixail Qorbaçov:"Yeni savaş olacaq"

Qorbacov

 

SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov müəllifi olduğu yenidənqurma ideyasına bu gün də sadiq qaldığını bildirib.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qorbaçov bunu 85 yaşına həsr etdiyi kitabının təqdimat mərasimində deyib: «Mən öz seçimimə və həmin ideyaya bu gün də sadiq qalıram. Bilmirəm niyə belə alındı. Amma mənim də həyatım belə gətirdi».

 

«Qorbaçov həyatda» adlı kitabda SSRİ-nin birinci prezidentinin müsahibələri, məktubları, xatirələri, həmçinin yerli və əcnəbi müəlliflərin onunla bağlı fikirləri yer alıb.  

 

Qorbaçov onu da bildirib ki, hazırda dünya təhlükəli mərhələdən keçir və proseslər ən azı yeni «soyuq savaşla» nəticələnəcək: «Bu savaş artıq başlayıb. Kimsə qalib gələcəyini düşünürsə, yanılır. Boş şeylərdir! Nə biz aldanacağıq, nə bizə aldanan olacaq. Yalnız bir şeyi etmək lazımdır – beynəlxalq siyasətlə, konstruktiv siyasətlə məşğul olmaq və sülhə doğru getmək. Eləcə də sülhü təmin etmək və onun möhkəmləndirmək».