XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Fevral 2016 - 20:50

Vasif Talıbov Şahbuzda oldu –Əla oxuyan 16 şagirdə kompüter hədiyyə etdi

Vasib-Talibov-mekteb

 

Bu gün Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda Daylaqlı kənd tam orta məktəbinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Daylaqlı kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb: “Ölkəmizdə təhsilə böyük diqqət göstərilir, bu sahənin maddi-texniki bazası möhkəmləndirilir. Çünki təhsil hər bir ölkənin gələcəyidir. Bu gün istifadəyə verilən Daylaqlı kənd tam orta məktəbi də ölkəmizin gələcəyinin təmin olunması sahəsində görülən işlərin davamıdır”.

 

Sonra Ali Məclisin Sədri Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 16 şagirdə kompüter hədiyyə edib, məktəb binasında yaradılan şəraitlə tanış olub.

 

Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 168 yerlikdir. Burada 14 sinif otağı, o cümlədən 3 elektron lövhəli sinif, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbin kitabxana fondu zənginləşdirilib, 1800-dən artıq ədəbiyyat və dərslik kollektivin istifadəsinə verilib.

 

Elektron lövhəli sinifdə muxtar respublikanın 213 təhsil müəssisəsi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında keçirilən distant dərs izlənilib.

 

Ali Məclisin Sədri gənclərin zehni inkişafında şahmatın əhəmiyyətini qeyd edib, ümumtəhsil məktəbləri şagirdləri arasında şahmat üzrə rayon və muxtar respublika çempionatlarının keçirilməsini tapşırıb.

 

Bu gün həmçinin  Daylaqlı Kənd Mərkəzi istifadəyə verilib.

 

Kənddə avtomobillərin rahat hərəkəti təmin olunub, 4 kilometrlik kənddaxili yollar yenidən qurulub, 7 su keçidi qoyulub, beton kanal çəkilib. Rabitə və elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 1100 metr məsafədə fiber-optik, 1270 metr rabitə və 3 kilometr yeni elektrik xətti çəkilib.

 

Ali Məclisin Sədri kənd sakinləri ilə də görüşüb.

 

Vasib_Talibov_Shahbuz